Belarusun paytaxtı Minskdə təşkil olunan II Müstəqil Dövlətlər Birliyi (MDB) oyunlarında iştirak edən çimərlik futbolu üzrə Azərbaycan milli komandası ilk oyununu keçirib. İran yığmasına qarşı oyun 3:1 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb. Bizimkilərin qolunu Kamran Qürbətov vurub. Komandamız turnirdə növbəti oyununu bu gün Belarus yığmasına qarşı keçirəcək.