Millimiz Avropa Oyunlarında darmadağın edildi

28.06.2023 10:31 276
Yığma
Polşanın Krakov şəhərində təşkil olunan Avropa oyunlarında iştirak edən çimərlik futbolu üzrə Azərbaycan milli komandası turnirdə ilk oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Polşa komandasına qarşı oyun 7:2 hesabı ilə rəqibin xeyrinə nəticələnib. Millimizin heyətində Elşad Manafov və Fuad Hüseynov fərqlənib.

Komandamız turnirdə növbəti oyununu bu gün Portuqaliya yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.