Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Polşanın Krakov şəhərində təşkil olunan Avropa oyunlarında ikinci oyununu keçirib.
“Football-plus.az” xəbər verir ki, Portuqaliya yığması ilə qarşılaşan millimiz 2:5 hesabı ilə məğlub olub. Millimizin hər iki qolunu Orxan Məmmədov vurub.
Komandamız turnirdə növbəti oyununu iyunun 29-da İspaniya yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.