Millimizin heyəti bəlli oldu

31.07.2023 23:35 200
Yığma
Belarusun paytaxtı Minsk şəhərində təşkil olunacaq 2-ci Müstəqil Dövlətlər Birliyi (MDB) oyunlarında iştirak edəcək çimərlik futbolu üzrə Azərbaycan milli komandasının heyəti müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, A qrupunda Belarus, İran və Birləşmiş Ərəb Əmirlikləri komandaları ilə qarşılaşacaq millimizin oyunlarını və heyətə cəlb olunan futbolçuların siyahısını nəzərinizə çatdırırıq:

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov

Oyunçular: Amid Nəzərov, Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, Fuad Hüseynov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov

Azərbaycan millisinin oyunlarının təqvimi

5 avqust
20.00. Azərbaycan - İran

6 avqust
18.00. Belarus - Azərbaycan

7 avqust
16.30. Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri