Millimizin rəqibləri bəlli oldu

27.07.2023 15:15 215
Ölkə futbolu
Belarusun paytaxtı Minsk şəhərində təşkil olunacaq 2-ci Müstəqil Dövlətlər Birliyi (MDB) oyunlarında iştirak edəcək çimərlik futbolu üzrə Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, A qrupunda mübarizə aparacaq millimiz Belarus, İran və Birləşmiş Ərəb Əmirlikləri komandaları ilə qarşılaşacaq.

Millimizin oyunlarının təqvimini diqqətinizə çatdırırıq:

5 avqust, saat 20.00

Azərbaycan – İran

6 avqust, saat 18.00

Belarus – Azərbaycan

7 avqust, saat 16.30

Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri