• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“San Lorenso”nun evdə 13 oyunluq seriyaları qırıldı – TURUN ŞƏRHİ

Dünya futbolu

27-07-2023, 22:0

Argentina çempionatında 26-cı turun diqqəti ilk növbədə cəlb edən faktı liderlər qrupunun qələbə qazana bilməməsi oldu. Tura ilk 3 yerdə başlayan komandalar hesabına ümumilikdə 2 xal yaza bildi.

"Football-plus.az" xəbər verir ki, əslində hesabat turu “River Pleyt” üçün turnir əhəmiyyəti daşımırdı. Ölkə çempionatında uzun müddət liderlik edən komanda finişə iki tur qalmış əsas izləyicisi üçün əlçatmaz olmuş və iki ildən sonra tarixində 38-ci çempionluğu rəsmiləşdirməklə ölkə rekordunu yeniləmişdi. Baş məşqçi vəzifəsinə 2022-ci ilin dekabrında təyinat alan və yetirməsi olduğu “milyonçular”da debütü əla alınan Martin Demiçelis “Rosario Sentral”a qarşı səfər oyununda bir qədər qeyri-optimal heyətə üstünlük vermişdi. Bu gediş yeni çempiona baha başa gələ bilərdi. Qeyd edək ki, “Rosario Sentral” mövsüm ərzində öz meydanında uduzmayan iki komandadan biri idi: 67 yaşlı Migel Russonun komandası mövsümün ilk 13 ev oyunundan 9 qələbə və 4 heç-heçə ilə ayrılmışdı. “Qiqante de Arroyito” stadionunda keçirilən matçı izləməyə dəyərdi. Libertadores Kubokuna vəsiqə qazanmağa can atan meydan sahibləri “River Pleyt”ə qalib gəlməyə çox yaxın idilər. Rosariolular oyun ərzində üç dəfə hesabda önə keçdilər, ancaq sonda bir xal qazandılar. Qonaqlar məğlubiyyətdən əsas vaxta əlavə olunan 7-ci dəqiqədə Solarinin sayəsində qaça bildilər. İki qol və bir məhsuldar ötürmənin müəllifi olan “River”in 22 yaşlı hücumçusu matçın ən yaxşı oyunçusu adına layiq idi.

Liderin əsas izləyicisi də hesabına 1 xal yaza bildi. Halbuki “Talyeres de Kordoba” “Ximnasiya” ilə ev oyununa çox yaxşı başlamışdı. 3-cü dəqiqədə Bustosun hesabı açmasına məhsuldar ötürmə ilə şərait yaradan Benavides hissənin ortalarında ikinci qolu vurdu. Xavyer Qandolfinin çalışdırdığı komandanın qalan vaxtda qələbəni əldən verməyəcəyini düşünmək olardı. Lakin fasilə ərəfəsində fərqi minimuma endirən qonaqlar 2-ci hissədə daha bir qol vuraraq kordobalılardan xal almağı bacardılar. Xavyer Qandolfinin çalışdırdığı komanda qələbə qazanacağı halda finişə bir tur qalmış gümüş medallara sahib çıxacaqdı. Buna erkən nail ola bilməsə də, mövsümü çox yaxşı keçirən Kordoba klubunun şansı öz əlindədi.

Nəhayət, “San Lorenso”ya səfərdə qol vuran komanda tapıldı. Paytaxt təmsilçisi mövsüm ərzində evdə keçirdiyi 13 oyunda nə top buraxmış, nə də uduzmuşdu (8 qələbə, 5 heç-heçə). Bu seriyaları “Arxentinos Xuniors” qırdı. Qabriel Militonun çalışdırdığı komandanın “Pedro Bideqayn”ı fəth etməsində Fransisko Qonsales böyük rol oynadı. 26 yaşlı yarımmüdafiəçinin dublu qonaqlara qələbə qazandırdı. Seriyaları qırılan Ruben İnsuanın komandası uduzsa da, 3-cü yerdəki mövqeyini itirmədi. Amma sonuncu tur ərəfəsində “Talyeres de Kordoba”dan 3 xal geri qalan “San Lorenso”nun mövsümü 2-ci yerdə başa vurmaq şansı azaldı.

Mövsümü boşa verən “Boka Xuniors” sanki sona yaxın azarkeşləri ilə barışmaq üçün əlindən gələni edir. Əvvəlki mövsümün çempionu “Nyuellz Old Boyz”a 2:1 hesabı ilə qalib gəldi. Mariano Erronun komandası bu nəticə ilə son 5 turda qazandığı xalların sayını 13-ə çatdırdı. Maraqlıdı, görəsən, rəhbərlik baş məşqçi vəzifəsinə martda təyinat alan 45 yaşlı mütəxəssislə yola davam edəcək?

26-cı tur
Rosario Sentral - River Pleyt 3:3
Velis, 20; 74. L.Ferreyra, 85 – Rondon, 50. Solari, 78; 90+7.
Talyeres de Kordoba - Ximnasiya 2:2
Bustos, 3. Benavides, 18 - E.Ramires, 39; 59.
San Lorenso - Arxentinos Xuniors 0:2
F.Qonsales, 14; 58.
İnstituto - Lanus 2:1
Qrasiano, 29. A.Martines, 90+4 – De la Veqa, 41.
Defensa y Xustisiya – Sarmyento 3:0
Tripiçio, 11. Barbona, 54. Eçevarria, 90+3.
Estudiantes - Belqrano 4:0
Rollheyser, 13; 20. M.Mendes, 52. X.Sosa, 78.
Boka Xuniors - Nyuellz Old Boyz 2:1
Oyos, 21-öz qapısına. Medina, 46 – Resalde, 90+2.
Rasinq - Sentral Kordoba 3:1
Nardoni, 40. Oxeda, 45+1. Oros, 57 – Kalinski, 66.
Platense - Atletiko Urakan 0:1
Kokkaro, 70-p.
Atletiko Tukuman – İndependyente 1:0
Estiqarribia, 19-p.
Veles Sarsfild – Union 0:0
Banfild - Qodoy Krus 2:0
Bisans, 27. İnsua, 85.
Barrakas Sentral – Arsenal 0:0
Kolon - Tiqre 1:3
Tronkoso, 55 – Badaloni, 37. Armoa, 65. Kardoso, 82.

1. River Pleyt 26 18 4 4 48-19 58
2. Talyeres de Kordoba 26 14 7 5 41-22 49
3. San Lorenso 26 12 10 4 23-11 46
4. Defensa y Xustisiya 26 12 8 6 36-21 44
5. Estudiantes 26 11 9 6 32-22 42
6. Lanus 26 11 9 6 36-27 42
7. Rosario Sentral 26 10 11 5 36-29 41
8. Boka Xuniors 26 12 5 9 31-24 41
9. Arxentinos Xuniors 26 11 7 8 29-19 40
10. Qodoy Krus 26 10 8 8 33-30 38
11. Rasinq 26 9 9 8 35-33 36
12. Barrakas Sentral 26 8 11 7 25-28 35
13. Belqrano 26 10 5 11 20-26 35
14. Nyuellz Old Boyz 26 8 10 8 23-23 34
15. Atletiko Tukuman 26 8 10 8 23-27 34
16. Platense 26 9 6 11 25-28 33
17. İnstituto 26 8 8 10 22-31 32
18. Tiqre 26 8 7 11 25-29 31
19. Sarmyento 26 7 8 11 23-26 29
20. Sentral Kordoba 26 7 8 11 20-28 29
21. Banfild 26 7 8 11 21-32 29
22. Ximnasiya 26 7 8 11 23-37 29
23. İndependyente 26 6 10 10 23-30 28
24. Veles Sarsfild 26 5 12 9 24-26 27
25. Union 26 5 12 9 17-25 27
26. Kolon 26 4 13 9 20-31 25
27. Atletiko Urakan 26 5 7 14 17-29 22
28. Arsenal 26 5 4 17 16-34 19
Bombardirlər: M.Santos (Talyeres de Kordoba), Veqetti (Belqrano) - 13, N.Fernandes (Defensa y Xustisiya), Avalos (Arxentinos Xuniors) - 12, Beltran (River Pleyt), Kauteruçço (İndependyente), L.Dias (Lanus), Retegi (Tiqre), Velis (Rosario Sentral) - 11.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

20-07-2023, 17:0

“River Pleyt” 38-ci çempionluğu rəsmiləşdirdi - TURUN ŞƏRHİ

Dünya futbolu

7-04-2023, 22:0

“River Pleyt” fərqi 4 xala çatdırdı: İbarranın “Boka”dakı fəaliyyəti 8 ay çəkdi

Dünya futbolu

7-07-2023, 23:0

“River Pleyt” fərqi 9 xala çatdırdı - TURUN ŞƏRHİ

Dünya futbolu

14-07-2023, 23:0

“San Lorenso” evdəki seriyalarını 13 oyuna çatdırdı – TURUN ŞƏRHİ

Dünya futbolu

16-06-2023, 20:0

“San Lorenso” öz meydanında 11 oyundu top buraxmır – TURUN ŞƏRHİ

Dünya futbolu

26-05-2023, 13:0

Son çempion derbidən sonra tədricən özünə gəlir - TURUN ŞƏRHİ

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 215
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 200
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə