• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“River Pleyt” 38-ci çempionluğu rəsmiləşdirdi - TURUN ŞƏRHİ

Dünya futbolu

20-07-2023, 17:0

Artıq Argentina çempionatında mövsümün əsas sualına cavab tapılıb. Çoxdan gözlənilən hadisə 25-ci turda baş verdi. “River Pleyt” finişə iki tur qalmış əsas izləyicisi üçün əlçatmaz oldu və iki ildən sonra növbəti çempionluğu qazandı.

"Football-plus.az" xəbər verir ki, Argentina çempionatında uzun müddət liderlik edən “River Pleyt” qələbəyə çox yaxın idi. Ölkə nəhəngi hesabat turu ərəfəsində “Talyeres de Kordoba”nı 9 xallıq fərqlə qabaqlayırdı. Başqa sözlə, hər şey “milyonçular”ın əlində idi. Martin Demiçelisin komandası evdə “Estudiantes”ə uduzmayacağı halda çempionluğu erkən rəsmiləşdirəcəkdi. Uduzmaq nədi, liqanın lideri doğma azarkeşlərinin böyük dəstəyi altında inamlı qələbə qazandı. Bu mövsüm yaxşı təsir bağışlayan qonaqlar ilk dəqiqələrdən paytaxt komandasının böyük təzyiqi qarşısında qaldı və aramsız hücumlara tab gətirə bilmədi. Hakimin start fiti yenicə səslənmişdi ki, Beltran Leandro Qonsalesin ötürməsi ilə hesabı açdı. Lider bununla kifayətlənmədi və De la Krus ilə Barkonun növbəti qolları ev sahiblərinin artıq 31-ci dəqiqədə üç top fərqli üstünlüyünü təmin etdi. Bundan sonra oyunun tempini bir qədər aşağı salan Demiçelisin komandası fasilədən sonra yalnız final fitini gözləməsi ilə yadda qaldı. Təşəbbüsü ələ alan “Estudiantes” 67-ci dəqiqədə qollardan birinin əvəzini çıxdı. Qalan vaxtda hesab dəyişmədi və “River Pleyt” 38-ci çempionluğu rəsmiləşdirməklə ölkə rekordunu yenilədi. Maraq üçün əzəli rəqib “Boka Xuniors”un indiyədək 35 dəfə Argentina çempionu olduğunu qeyd edək. Əlbəttə, Demiçelisin uğuru da vurğulanmalıdı. Baş məşqçi vəzifəsinə 2022-ci ilin dekabrında təyinat alan 42 yaşlı mütəxəssis ona göstərilən etimadı doğrultdu. “River Pleyt”in yetirməsi olan Demiçelisin vətəninə qayıtmazdan əvvəl “Malaqa”da köməkçi-məşqçi olduğunu, “Bavariya”nın U-19 və əvəzedicilərdən ibarət komandalarını çalışdırdığını da bildirək.

Liderin əsas izləyicisi də hesabına 3 xal yazdı. “Talyeres de Kordoba” səfərdə “Atletiko Urakan”a minimal hesabıyla qalib gəldi. Xavyer Qandolfinin çalışdırdığı komanda David Romeronun 85-ci dəqiqəddə vurduğu qolla mövqeyini qorudu. Mövsümü çox yaxşı keçirən Kordoba klubunun gümüş medallara sahib çıxmaq şansı öz əlindədi.

Nəhayət, “San Lorenso” ardıcıl iki heç-heçədən sonra qələbə qazandı. Ruben İnsuanın komandası səfərdə “Belqrano”ya minimal hesabla qalib gəldi. Hesabı 31-ci dəqiqədə açan qonaqların 51-ci dəqiqədə Rosanenin birbaşa qırmızı vərəqə almasına görə uzun müddət azlıqda oynadıqlarını da qeyd edək. “Talyeres de Kordoba”dan 2 xal geri qalan “San Lorenso” mövsümü 2-ci yerdə başa vurmaq şansını saxlayır.

Mövsümü boşa verən “Boka Xuniors” sona yaxın azarkeşlərində az da olsa, ümid oyatmağa çalışır. Əvvəlki çempion “Ximnasiya”ya 3:1 hesabı ilə qalib gələrək 9-cu yerdən bir pillə irəli çıxdı. Mariano Erronun komandası son 4 turda 10 xal qazanıb. Buna baxmayaraq, “göy-sarılar”ın növbəti mövsümə yeni baş məşqçi ilə başlamaq ehtimalı çoxdu.

25-ci tur
River Pleyt - Estudiantes 3:1

Beltran, 2. De la Krus, 18. Barko, 31-p. - Mendes, 67.
Atletiko Urakan - Talyeres de Kordoba 0:1
D.Romero, 85.
Belqrano - San Lorenso 0:1
Maroni, 31.
Lanus – Banfild 2:2
Belmonte, 45. Kambeses, 64-p. – Sosa, 13. İnsua, 58.
Qodoy Krus – Defensa y Xustisiya 2:2
Koneçni, 47. S.Rodriges, 69 – Tonyi, 62. Kaseres, 90+5.
Sarmyento - Veles Sarsfild 1:1
Monako, 90+10-p. – Xara, 90+12.
Union - Platense 0:0
Ximnasiya - Boka Xuniors 1:3
Kastilyo, 90 – Merentyel, 39. Medina, 74. Benedetto, 76.
Rasinq - Rosario Sentral 1:1
Pyovi, 22-p. - Velis, 37.
Sentral Kordoba – İndependyente 0:1
B.Martines, 40.
Arxentinos Xuniors – Kolon 1:0
Avalos, 68-p.
Arsenal – İnstituto 0:2
A.Martines, 64. A.Rodriges, 90+3.
Tiqre - Barrakas Sentral 0:1
Kantero, 90.
Nyuellz Old Boyz - Atletiko Tukuman 0:0

1. River Pleyt 25 18 3 4 45-16 57
2. Talyeres de Kordoba 25 14 6 5 39-20 48
3. San Lorenso 25 12 10 3 23-9 46
4. Lanus 25 11 9 5 35-25 42
5. Defensa y Xustisiya 25 11 8 6 33-21 41
6. Rosario Sentral 25 10 10 5 33-26 40
7. Estudiantes 25 10 9 6 28-22 39
8. Boka Xuniors 25 11 5 9 29-23 38
9. Qodoy Krus 25 10 8 7 33-28 38
10. Arxentinos Xuniors 25 10 7 8 27-19 37
11. Belqrano 25 10 5 10 20-22 35
12. Nyuellz Old Boyz 25 8 10 7 22-21 34
13. Barrakas Sentral 25 8 10 7 25-28 34
14. Rasinq 25 8 9 8 32-32 33
15. Platense 25 9 6 10 25-27 33
16. Atletiko Tukuman 25 7 10 8 22-27 31
17. Sarmyento 25 7 8 10 23-23 29
18. Sentral Kordoba 25 7 8 10 19-25 29
19. İnstituto 25 7 8 10 20-30 29
20. İndependyente 25 6 10 9 23-29 28
21. Tiqre 25 7 7 11 22-28 28
22. Ximnasiya 25 7 7 11 21-35 28
23. Veles Sarsfild 25 5 11 9 24-26 26
24. Union 25 5 11 9 17-25 26
25. Banfild 25 6 8 11 19-32 26
26. Kolon 25 4 13 8 19-28 25
27. Atletiko Urakan 25 4 7 14 16-29 19
28. Arsenal 25 5 3 17 16-34 18

Bombardirlər: M.Santos (Talyeres de Kordoba), Veqetti (Belqrano) - 13, N.Fernandes (Defensa y Xustisiya), Avalos (Arxentinos Xuniors) - 12, Beltran (River Pleyt), Kauteruçço (İndependyente), L.Dias (Lanus), Retegi (Tiqre) - 11.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-07-2023, 23:0

“San Lorenso” evdəki seriyalarını 13 oyuna çatdırdı – TURUN ŞƏRHİ

Dünya futbolu

7-07-2023, 23:0

“River Pleyt” fərqi 9 xala çatdırdı - TURUN ŞƏRHİ

Dünya futbolu

26-05-2023, 13:0

Son çempion derbidən sonra tədricən özünə gəlir - TURUN ŞƏRHİ

Dünya futbolu

7-04-2023, 22:0

“River Pleyt” fərqi 4 xala çatdırdı: İbarranın “Boka”dakı fəaliyyəti 8 ay çəkdi

Dünya futbolu

16-06-2023, 20:0

“San Lorenso” öz meydanında 11 oyundu top buraxmır – TURUN ŞƏRHİ

Dünya futbolu

19-05-2023, 18:0

“River”in məğlubiyyətsiz seriyası qırıldı, vitse-çempion 20-ci yerə yuvarlandı - TURUN ŞƏRHİ

Aktual
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
Son xəbərlər
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Dünən, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • 12-08-2026, 23:0
    Bundan sonra İtaliyada oynayacaq
  • 12-08-2026, 22:0
    Dortmundu tərk etdi
Daha çox
Oxunub: 335
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 133
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə