• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“San Lorenso” öz meydanında 11 oyundu top buraxmır – TURUN ŞƏRHİ

Dünya futbolu

16-06-2023, 20:0

Argentina çempionatının 20-ci turunda qeydə alınan nəticələrdən sonra liderlə əsas izləyicisi arasındakı 4 xallıq fərq dəyişmədi. Bunun səbəbi həm “River Pleyt”in, həm də “Talyeres de Kordoba”nın qalib gəlməsi ilə bağlı oldu.


"Football-plus.az" xəbər verir ki, əvvəlki turun “Defensa y Xustisiya” ilə ev oyunu azarkeşlərdən birinin tribunadan yıxılaraq ölməsinə görə 26-cı dəqiqədə dayandırılan liderin Lomas de Samoraya səfəri uğurlu alındı. Son vaxtlar qeyri-sabit çıxış edən “River Pleyt” autsayderlər qrupundan çıxmağa çalışan “Banfild” ilə səfər oyununun ilk dəqiqələrindən gücünü nümayiş etdirdi. Martin Demiçelisin komandası Beltran ilə Solarinin mükəmməl oyunu sayəsində inamlı qələbə qazandı. Hücumçular ilk hissədə bir-birinə assistenlik etməklə komandasını iki top fərqi ilə önə keçirdilər. Doğrudu, “Banfild” fasilə ərəfəsində qollardan birinin əvəzini çıxmaqla azarkeşlərini ümidləndirdi. Lakin bu ümid fasilə başa çatandan az sonra Beltranın qolu ilə böyük ölçüdə puç oldu. Son dəqiqələrdə daha bir qol vuran Demiçelisin komandası liderlik mövqeyini möhkəmləndirdi.

Amma “River”lə əsas izləyicisi arasındakı 4 xallıq fərq dəyişmədi. Ona görə ki, “Talyeres de Kordoba” da turu maksimum nəticə ilə başa vurdu. Xavyer Qandolfinin çalışdırdığı komanda, gözlənildiyi kimi, “Arsenal”a qalib gəldi. Rəqib cədvəlin “zirzəmi”sində olsa da, kordobalılara bacardığı qədər müqavimət göstərdi. Ancaq Mikael Santosun 16-cı dəqiqədə vurduğu qol sarandililərin məğlubiyyətini rəsmiləşdirdi. 30 yaşlı uruqvaylı hücumçu bu mövsüm 12-ci qolunu vuraraq bombardirlərin siyahısında vahid liderliyi ələ aldı. Kordoba klubu son 7 oyunda 6-cı qələbəsini qazanmaqla yüksəlişdə olduğunu bir daha göstərdi.

Artıq “San Lorenso” “Talyeres de Kordoba”dan 1 yox, 3 xal geri qalır. Tura 3-cü yerdə başlayan paytaxt təmsilçisi “Sentral Kordoba” ilə qolsuz heç-heçəyə razılaşdı. Xatırladaq ki, Ruben İnsuanın komandasının bundan əvvəl “Kolon”la keçirdiyi ev oyunu da başladığı hesabla sona çatmışdı. “San Lorenso”nun bu mövsüm öz meydanında keçirdiyi 11-ci oyunda da top buraxmadığını və bu göstəricidə çempionatın şəksiz lideri olduğunu qeyd etməliyik. Amma son 3 oyunda itirilən 7 xal “göy-qırmızılar”a əvvəlcə 2-ci yeri itirmək, sonra isə liderdən 7 xal geri düşmək bahasına başa gəldi.
Tura uyğun olaraq, 4-7-ci yerlərdə başlayan komandaların qələbə qazana bilməməsi də vurğulanmalıdı. “Estudiantes”, “Rosario Sentral”, “Lanus” və “Belqrano” ümumilikdə hesabına yalnız 2 xal yaza bildi. Bu nəticə isə “Defensa y Xustisiya”nın işinə yaradı. “Belqrano”nun qapısından iki cavabsız top keçirən “yaşıl-sarılar” 8-ci yerdən altıncıya yüksəldilər.

16-18-ci turlarda ardıcıl 3 oyunda qələbə qazanmaqla azarkeşlərini ümidləndirən “Boka Xuniors” bu mövsüm heç cür sabitliyə nail ola bilmir. Əvvəlki turda aşkar autsayder “Arsenal”dan (0:1) səfərdə xal ala bilməyən son çempion evdə “Lanus” ilə heç-heçəyə razılaşdı. Mariano Erronun komandası məğlubiyyətdən 88-ci dəqiqədə Benedettonun qolu ilə qaça bildi – 1:1. Növbəti xal itkisi ölkə nəhəngini ehtiyatda bir oyunu olan liderdən 16 xal geri salmaqla yanaşı, turnir cədvəlində 10-cu yerdən 11-ə saldı.

20-ci tur
Banfild - River Pleyt 1:4
Milton Ximenes, 40-p. – Beltran, 6; 48. Solari, 21. Rondon, 90+4.
Talyeres de Kordoba - Arsenal 1:0
M.Santos, 16.
San Lorenso – Sentral Kordoba 0:0
Kolon - Estudiantes 1:0
Qarses, 34.
Barrakas Sentral - Rosario Sentral 0:0
Boka Xuniors - Lanus 1:1
Benedetto, 88 – L.Dias, 45+1.
İnstituto - Rasinq 1:1
A.Martines, 40 – Morales, 72.
İndependyente - Sarmyento 2:0
Matias Ximenes, 38; 52.
Platense - Tiqre 1:0
N.Kastro, 48.
Nyuellz Old Boyz - Union 1:1
Resalde, 25 – Senon, 61.
Veles Sarsfild - Arxentinos Xuniors 0:1
Eredia, 77.
Defensa y Xustisiya – Belqrano 2:0
N.Fernandes, 19. Miritelyo, 90+4.
Atletiko Tukuman - Qodoy Krus 2:1
Koronel, 36. Oryuela, 64 – Eseysa, 83.
Ximnasiya - Atletiko Urakan 1:0
Tarraqona, 89.

1. River Pleyt 19 14 2 3 35-12 44
2. Talyeres de Kordoba 20 12 4 4 35-17 40
3. San Lorenso 20 10 7 3 19-7 37
4. Estudiantes 20 10 5 5 25-17 35
5. Rosario Sentral 20 9 7 4 29-23 34
6. Defensa y Xustisiya 19 9 6 4 25-12 33
7. Lanus 19 9 6 4 27-18 33
8. Belqrano 20 9 4 7 17-17 31
9. Arxentinos Xuniors 20 8 5 7 23-17 29
10. Qodoy Krus 20 8 5 7 23-23 29
11. Boka Xuniors 20 8 4 8 23-18 28
12. Nyuellz Old Boyz 20 7 7 6 17-16 28
13. Platense 20 7 5 8 21-24 26
14. Sarmyento 20 6 7 7 18-17 25
15. Ximnasiya 20 7 4 9 17-27 25
16. Sentral Kordoba 20 6 6 8 16-21 24
17. Kolon 20 4 11 5 18-20 23
18. Rasinq 19 6 5 8 23-28 23
19. Barrakas Sentral 20 5 8 7 19-26 23
20. Tiqre 20 5 7 8 18-23 22
21. İnstituto 20 5 7 8 16-26 22
22. İndependyente 20 4 9 7 20-23 21
23. Atletiko Tukuman 20 4 9 7 17-23 21
24. Union 19 4 7 8 13-23 19
25. Veles Sarsfild 19 3 9 7 18-20 18
26. Atletiko Urakan 20 4 6 10 15-24 18
27. Banfild 20 4 6 10 13-26 18
28. Arsenal 20 5 2 13 15-27 17
Bombardirlər: M.Santos (Talyeres de Kordoba) - 12, Veqetti (Belqrano) – 11, Kauteruçço (İndependyente), L.Dias (Lanus), Retegi (Tiqre) - 10, Avalos (Arxentinos Xuniors), N.Fernandes (Defensa y Xustisiya) - 9.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

26-05-2023, 13:0

Son çempion derbidən sonra tədricən özünə gəlir - TURUN ŞƏRHİ

Dünya futbolu

19-05-2023, 18:0

“River”in məğlubiyyətsiz seriyası qırıldı, vitse-çempion 20-ci yerə yuvarlandı - TURUN ŞƏRHİ

Dünya futbolu

8-06-2023, 17:0

“Monumental”da azarkeş faciəsi, son çempion autsayderə də boyun əydi - TURUN ŞƏRHİ

Dünya futbolu

4-05-2023, 23:0

“River Pleyt”i dayandıran tapıldı, son çempion vitse-çempiona qalib gəldi - TURUN ŞƏRHİ

Dünya futbolu

12-05-2023, 19:0

259-cu “Superklasiko”nun mənzərəsi: 7 qırmızı vərəqə və “River”in qələbəsi - TURUN ŞƏRHİ

Dünya futbolu

17-03-2023, 15:0

“San Lorenso” vahid lider oldu, son çempion autsayderdən xal ala bilmədi - ŞƏRH

Aktual
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Son xəbərlər
  • Bu gün, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 22:45
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Bu gün, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Bu gün, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Bu gün, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Bu gün, 20:08
    Millimizdən iki qələbə
  • Bu gün, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Bu gün, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Bu gün, 18:30
    Almaniyaya qayıtdı
  • Bu gün, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Bu gün, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Bu gün, 15:07
    Klubuna sadiq qaldı
  • Bu gün, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Bu gün, 13:43
    Nuriyevin komandası uduzdu
  • Bu gün, 13:20
    İspaniya klubunu tərk etdi
  • Bu gün, 12:50
    Fransaya qayıtmayacaq
  • Bu gün, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Bu gün, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Bu gün, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 23:54
    Gözlənilən transfer rəsmiləşdi
  • Dünən, 23:30
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 22:57
    Amsterdamda qərar tutdu
  • Dünən, 22:27
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 21:56
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • Dünən, 21:26
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • Dünən, 20:52
    Turini tərk etdi
  • Dünən, 20:31
    Madriddən Londona yollandı
  • Dünən, 20:00
    "Şəmkir"də yeni vitse-prezident
  • Dünən, 19:49
    Tezliklə “Arsenal”a qoşulacaq
  • Dünən, 19:00
    Qapıçı ilə müqavilə yeniləndi
Daha çox
Oxunub: 193
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 125
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 100
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 98
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 97
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə