• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Son çempion derbidən sonra tədricən özünə gəlir - TURUN ŞƏRHİ

Dünya futbolu

26-05-2023, 13:0

Argentina çempionatında “River Pleyt” ilə “San Lorenso” arasında zirvə uğrunda mübarizə davam edir.

"Football-plus.az" xəbər verir ki, 17-ci turdan sonra bu komandalar arasındakı 5 xallıq fərq dəyişmədi. Ona görə ki, həm lider, həm də əsas izləyicisi turu maksimum nəticə ilə başa vurdu.

Əvvəlki turda “River Pleyt”in Kordobaya səfəri uğursuz alınmışdı. Ölkə çempionatının bürünc mükafatçısı yerli “Talyeres de Kordoba”ya 1:2 hesabıyla uduzmuş, nəticədə “milyonçular”ın 10 oyunluq məğlubiyyətsiz seriyası qırılmışdı. Amma 3-cü məğlubiyyət “River”in mövqeyinə təsir etməmişdi. Martin Demiçelisin komandası hesabat turunda “Platense”ni qonaq etdi. Liqanın ortababı liderə bacardığı qədər müqavimət göstərdi. Artıq 12-ci dəqiqədə tərəflər bir-birinin qapısına bir dəfə yol tapmışdıar. Fasilədən sonra üstünlüyünü artıran ev sahibləri yarımmüdafiəçi İqnasio Fernandesin qolu ilə 2:1 hesablı qələbəni təmin etdilər.

“River Pleyt” əsas izləyicisini əvvəlki kimi 5 xal qabaqlayır. Çünki “San Lorenso” da turu maksimum nəticə ilə başa vurdu. Amma “İnstituto” ilə ev oyunu “göy-qırmızılar” üçün heç də asan keçmədi. Uzun müddətdən sonra yüksək liqaya qayıdan qonaqlar meydan sahiblərinin hücumlarına ikinci hissənin ortalarına qədər davam gətirdilər. Nəhayət, 71-ci dəqiqədə paytaxt komandası istəyinə çatdı. Qonaqların qaydaları pozmaqdan başqa çarəsi qalmadı və Vomberqar penalti ilə hesabı açdı. 28 yaşlı hücumçunun əlinə son dəqiqələrdə daha bir belə fürsət düşdü və o, şansı qaçırmadı. Ruben İnsuanın komandası ardıcıl iki qələbə ilə həm liderlə xal fərqini qorudu, həm də 2-ci yerdə möhkəmləndi.

Tura 3-cü yerdə başlayan “Talyeres de Kordoba” derbidə iki xal itirdi. Komanda “Belqrano” ilə matçda 1:1 hesablı heç-heçəyə razılaşdı. Lakin iki xal itkisi qonaqların mövqeyini əldən vermək bahasına başa gəlmədi.

Ona görə ki, “Defensa y Xustisiya” səfərdə “Rosario Sentral”a uduzdu – 1:2. Bundan isə “Estudiantes” yararlandı. “Tələbələr” evdə “Banfild”ə minimal hesabla qalib gəlməklə 4-cü yerə çıxdılar. “Estudiantes” “Talyeres de Kordoba”dan yalnız topların fərqinə əsasən geri qalır.

15-ci turda “superklasiko”da əzəli rəqibi “River Pleyt”ə uduzan (0:1) “Boka Xuniors” tədricən özünə gəlməkdədi. Derbidəki uğursuzluqdan sonra evdə “Belqrano”nun qapısından iki cavabsız top keçirən son çempion hesabat turunda da qələbə qazandı. Mariano Erronun komandası səfərdə “Arxentinos Xuniors”u Merentyelin 89-cu dəqiqəyə təsadüf edən yeganə qolu ilə məğlub etdi. Ardıcıl ikinci qələbə çempionu turnir cədvəlində yalnız 13-cü yerdən 10-a çıxardı. “Boka” hələ də liderdən çox geri qalır...

17-ci tur
River Pleyt - Platense 2:1

Borxa, 2. İ.Fernandes, 55 - R.Martines, 12.

San Lorenso - İnstituto 2:0
Vomberqar, 71-p.; 87-p.

Belqrano - Talyeres de Kordoba 1:1
Veqetti, 45+2 – Bustos, 54.

Rosario Sentral - Defensa y Xustisiya 2:1
Kintana, 13. Malkorra, 55 – Boqarin, 10.

Estudiantes - Banfild 1:0
Qodoy, 52.

Arxentinos Xuniors - Boka Xuniors 0:1
Merentyel, 89.

Arsenal - İndependyente 2:1
Laso, 8-öz qapısına. Pons, 63 – M.Ximenes, 77.

Qodoy Krus - Ximnasiya 2:0
Alyende, 31. Koneçni, 90+3.

Sentral Kordoba - Union 0:1
Roldan, 87.

Lanus - Nyuellz Old Boyz 1:0
L.Dias, 15.

Tiqre - Atletiko Tukuman 0:0
Sarmyento - Atletiko Urakan 0:0

Kolon - Barrakas Sentral 1:1
Alvares, 40 - Tapya, 61.
“Rasinq” – “Veles Sarsfild” oyunu təxirə salınıb.

1. River Pleyt 17 13 1 3 29-9 40
2. San Lorenso 17 10 5 2 19-6 35
3. Talyeres de Kordoba 17 9 4 4 30-16 31
4. Estudiantes 17 9 4 4 20-14 31
5. Rosario Sentral 17 8 6 3 25-20 30
6. Defensa y Xustisiya 17 8 5 4 22-11 29
7. Lanus 16 8 4 4 23-15 28
8. Belqrano 17 8 4 5 15-14 28
9. Qodoy Krus 17 7 5 5 20-18 26
10. Boka Xuniors 17 7 3 7 21-16 24
11. Arxentinos Xuniors 17 6 5 6 21-16 23
12. Sarmyento 17 6 5 6 18-15 23
13. Nyuellz Old Boyz 17 6 5 6 14-15 23
14. Tiqre 17 5 7 5 17-18 22
15. Ximnasiya 17 6 3 8 16-25 21
16. Platense 17 5 5 7 19-23 20
17. İnstituto 17 5 5 7 14-21 20
18. Barrakas Sentral 17 4 7 6 16-21 19
19. Sentral Kordoba 17 5 4 8 12-19 19
20. Kolon 17 3 9 5 15-18 18
21. Atletiko Urakan 17 4 6 7 15-20 18
22. Rasinq 16 5 3 8 19-26 18
23. Veles Sarsfild 16 3 8 5 16-15 17
24. İndependyente 17 3 8 6 16-20 17
25. Atletiko Tukuman 17 2 9 6 13-20 15
26. Banfild 17 3 6 8 10-20 15
27. Arsenal 17 4 2 11 14-25 14
28. Union 16 2 6 8 9-22 12

Bombardirlər: Retegi (Tiqre), M.Santos (Talyeres de Kordoba), Veqetti (Belqrano) - 10, Avalos (Arxentinos Xuniors), Kauteruçço (İndependyente), L.Dias (Lanus) - 9, N.Fernandes (Defensa y Xustisiya) - 8.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

19-05-2023, 18:0

“River”in məğlubiyyətsiz seriyası qırıldı, vitse-çempion 20-ci yerə yuvarlandı - TURUN ŞƏRHİ

Dünya futbolu

7-04-2023, 22:0

“River Pleyt” fərqi 4 xala çatdırdı: İbarranın “Boka”dakı fəaliyyəti 8 ay çəkdi

Dünya futbolu

4-05-2023, 23:0

“River Pleyt”i dayandıran tapıldı, son çempion vitse-çempiona qalib gəldi - TURUN ŞƏRHİ

Dünya futbolu

31-03-2023, 16:0

Son çempion debütanta evdə məğlub oldu - ŞƏRH

Dünya futbolu

12-05-2023, 19:0

259-cu “Superklasiko”nun mənzərəsi: 7 qırmızı vərəqə və “River”in qələbəsi - TURUN ŞƏRHİ

Dünya futbolu

28-10-2022, 14:0

“Bavariya”nı “River Pleyt”ə dəyişə bilər

Aktual
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
Son xəbərlər
  • Bu gün, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Bu gün, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Bu gün, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Bu gün, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
  • Dünən, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Dünən, 13:59
    Milli komandada yeni anlaşma
  • Dünən, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Dünən, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Dünən, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Dünən, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Dünən, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Dünən, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Dünən, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Dünən, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • 2-06-2026, 23:0
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • 2-06-2026, 23:0
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
Daha çox
Oxunub: 408
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 210
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 200
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 188
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə