Gözlənildiyi kimi, Konrad Laymer Münhenə gəlib. O, artıq “Bavariya”nın oyunçusu sayılır.
"Football-plus.az" xəbər verir ki, avstriyalı futbolçunun mövsümün sonunda “Leyptsiq”dən azad agent kimi ayrılacağı hələ bir neçə ay əvvəl məlum olmuşdu. O, bu klubda 2017-ci ildən çıxış edirdi. Konrad iki dəfə ölkə kubokunu qazandığı “Leyptsiq”də 190 oyunda 15 qol vurub. 26 yaşlı yarımmüdafiəçinin “Bavariya” ilə imzaladığı müqavilənin müddəti 2017-ci ilin yayına qədər nəzərdə tutulub.
Yeri gəlmişkən, Leroy Sane tezliklə Münheni tərk edə bilər. “Bavariya” onunla vidalaşmağı planlaşdırıb. Bunu yerli jurnalist Kristian Falk iddia edib. Onun digər məlumatına əsasən, Sadio Mane, Yan Zommer, Serj Qnabri, Marsel Zabitser, Aleksander Nübel, Benjamen Pavar və Buna Sarrın komandada qalıb-qalmayacaqları hələ ki bəlli deyil.