Bir neçə ay əvvəl Paolo Maldini “Milan”ın futbol direktoru vəzifəsini tərk etmişdi.
"Football-plus.az" xəbər verir ki, əfsanəvi futbolçunun oğlu da komandadan ayrılıb.
“Empoli” gənc hücumçunu icarəyə götürüb. 21 yaşlı futbolçu 2023/24 mövsümünü icarə əsasında bu komandada keçirəcək. “Empoli” növbəti mövsümün sonunda onu birdəfəlik almaq hüququna malikdi.
Ötən mövsüm Daniel “Spetsiya”da da icarə əsasında çıxış etmiş və bu komandada 20 oyuna 3 qol vurmuşdu.