MY: Zabitser gəldi, Tuanzebe ilə Bernard getdi

1.02.2023 21:21 270
Dünya futbolu
“Mançester Yunayted” rəhbərliyi yanvarın 31-də üç transfer əməliyyatı həyata keçirib. İngiltərə klubuna bir oyunçu gəlib, ikisi isə başqa komandalara yollanıb.

MY “Bavariya”dan Marsel Zabitseri icarəyə götürüb. 28 yaşlı yarımmüdafiəçi ilə müddəti bu mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb. Avstriya yığmasında da çıxış edən Zabitser “Bavariya”ya 2021-ci ilin avqustunda “Leyptsiq”dən 15 milyon avroya keçib. O, münhenlilərin heyətində 54 oyuna 2 qol vurub.

Aksel Tuanzebe isə “Yunayted”dən ayrılıb. 25 yaşlı müdafiəçi karyerasını İngiltərənin digər klubunda – “Stok Siti”də davam etdirəcək. MY-nin yetirməsi olan Aksel cari mövsümün sonunadək icarə əsasında çempionşip təmsilçisinin formasını geyəcək.

Komandanı Di’Şon Bernard da tərk edib. 22 yaşlı müdafiəçi “Portsmut”a mövsümün sonuna qədər icarəyə verilib. Bu mövsümün çox hissəsində zədəli olan futbolçu sıraya dönəndən sonra klubun gənclərdən barət komandasında çıxış edirdi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul