“Turan Tovuz” heyətini yeni oyunçu ilə gücləndirib.
Football-plus.az xəbər verir ki, klub Belajdi Pusini rənglərinə bağlayıb. Albaniyalı hücumçu ilə 6 ay +1 il müddətində rəsmi müqavilə imzalanıb. Mövsümün sonunda onun çıxışı məşqçilər korpusunu razı salarsa, müqavilənin növbəti 1 illik hissəsi qüvvəyə minəcək.
“Vllazniya”nın yetirməsi olan 25 yaşlı futbolçu, son olaraq “Skenderbeu”nun formasını geyinib. O, cari mövsümdə çıxdığı 12 oyunda, 6 qol vurub.