"Turan Tovuz"da gürcü futbolçu

13.07.2022 13:12 389
Premyer-liqa
"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.

Football-plus.az xəbər verir ki, premyer-liqa təmsilçisi gürcüstanlı yarımmüdafiəçi İmeda Aşortianı transfer edib. 25 yaşlı futbolçu ilə 1 illik müqavilə bağlanıb.

Son mövsümü “Telavi”də keçirən Aşortia vətənində “Dila”, “Sxinvali”, “Kolxeti” və “Şukura”nın da formasını geyinib.