Rusiyalı məşqçi istefaya göndərildi

20.07.2023 22:51 214
Dünya futbolu
Stanislav Çerçesov artıq “Ferentsvaroş”u çalışdırmır.


"Football-plus.az" xəbər verir ki, Macarıstan klubunun rəhbərliyi baş məşqçini istefaya göndərib. Bu qərara komandanın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Farer adalarının çempionu “Kİ Klaksvik”ə öz meydanında 0:3 hesabıyla uduzaraq (ilk oyunda hesab açılmamışdı) mübarizəni dayandırması səbəb olub.

Xatırladaq ki, rusiyalı mütəxəssis “Ferentsvaroş”a 2021-ci ilin dekabrından başçılıq edirdi. Komanda ötən müddətdə onun rəhbərliyi altında iki dəfə çempion olmuş, bir dəfə ölkə kubokunu qazanmışdı.