Poçettino istefaya göndərildi

5.07.2022 16:07 513
Dünya futbolu
PSJ baş məşqçisi Maurisio Poçettinonu istefaya göndərib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Qeyd edək ki, argentinalı mütəxəssis 2021-ci ilin yanvarından Paris təmsilçisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda Fransa kubokunu və superkubokunu qazanıb, eyni zamanda tarixində 10-cu dəfə ölkə çempionu olub.

Əlavə edək ki, PSJ-nin yeni baş məşqçisinin Kristof Qaltye ("Nitsa") olacağı gözlənilir.