“Football-plus.az” xəbər verir ki, Farer adalarının çempionu “Kİ Klaksvik”lə səfərdə 0:0 edən “Ferentsvaroş” evdə bu komanda önündə darmadağın oldu – 0:3.
Macarıstan çempionunun rəhbərliyi artıq rusiyalı baş məşqçi Stanislav Çerçesovu istafaya göndərib. 2021-ci ilin dekabrından bu komandanı çalışdıran Çerçesov isə darmadağından sonra yenə də “Qarabağ”ı xatırlayıb:
“Ötən il “Qarabağ”a məğlubiyyətdən sonra da buna oxşar vəziyyət yaşadıq, ancaq onda mən təslim olmadım, Avropa Liqasında 1/8 finala çıxa bildik. Onda təslim olmadım, indi də olmayacam. Qalib gəlmək istəyirdik, ancaq nə baş verdiyini təhlil etməliyəm. Bu vəziyyətdən birlikdə çıxa bilib-bilməyəcəyimiz haqda düşünməliyəm”.
Xatırladaq ki, “Qarabağ” ötən il ÇL-in 3-cü təsnifat mərhələsində evdə “Ferentsvaroş”la heç-heçə (1:1) oynamış, amma səfərdə qalib gəlmişdi (3:1).






