''Ferenstvaroş''u çalışdıran rusiyalı mütəxəssis Stanislav Çerçesov dünənki biabırçı məğlubiyyətdən dərhal sonra istefaya göndərilib.
"Football-plus.az" xəbər verir ki, ''Ferenstvaroş'' Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda illik büdcəsi cəmi 1,1 milyon avro olan Farer adaları təmsilçisi ''Klaksvik''ə evdə 0:3 hesabı ilə uduzub!
Səfərdəki ilk görüş qolsuz başa çatmışdı. Xatırladaq ki, Çerçesov ''Ferenstvaroş''u 2021-in dekabrın 20-dən çalışdırırdı. Bu 573 gün ərzində komanda 2 ölkə çempionluğu, 1 ölkə kuboku olmaqla 3 titul qazandı və 73 rəsmi oyundan 41 qələbə, 13 heç-heçə, 19 məğlubiyyətlə ayrıldı. 59 yaşlı mütəxəssis karyerasında şəxsi rekordunu yeniləmiş oldu.
Belə ki, o, klub və yığma daxil olmaqla ilk dəfə bir kollektivin başında 60-dan çox oyun keçirdi!
Əli