• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ” həm “Sabah”ı, həm də “Gent”i məğlub etmək gücündədi - TƏHLİL

Ölkə futbolu

10-02-2023, 13:0

6 gün sonra “Qarabağ” “Gent”i Bakıda qəbul edəcək.

Bir çoxları üçün ağdamlıların meydana hansı heyətlə çıxacağı maraqlıdı. Premyer-liqadakı son iki qarşılaşmada gördük ki, “köhlən atlar”ın oyununda problem var. Qurban Qurbanovun komandası tam gücü ilə çıxış edə bilmir. Kadi Borgeslə Kvabena Ovusunun getməsi, zədəlilərin olması bu məsələdə “Qarabağ”a mane olur.

Daxili çempionatda rahat olan ağdamlıların əsas məqsədi “Gent”i keçməkdi. Qurban Qurbanov bu qəliz durumdan çıxmaq istəyir. “Köhlən atlar” Misli premyer-liqasında 21 oyuna 57 xal toplayıb. 50 yaşlı mütəxəssisin komandası “Sabah”ı 5 xal qabaqlayır. Düzdü, 22-ci turda rəqib “bayquşlar” olacaq. Qurban bəy bu görüşə də əsas heyətlə çıxmayacaq. Çünki bu qarşılaşmada məğlub olsalar belə, liderliyi əldən verməyəcəklər. Burda meydan amilini də nəzərə almaq lazımdı. “Azərsun Arena”da keçiriləcək görüşdə ağdamlıların uduzması heç də real görünmür.

Gəlin “Qarabağ”ın “Sabah”la oyunda ilk “11-liy”ini təxmin edək. Qapıda Luka Quqeşaşvili, müdafiənin solunda Toral Bayramov, mərkəzdə Kevin Medina və Bədavi Hüseynov, sağda isə Maksim Medvedev çıxış edə bilər. Yarımmüdafiənin dayağında Julio Romao və Qara Qarayevin oynamaq ehtimalı yüksəkdi. Redon Cica sol, Ramil Şeydayev sağ vinger kimi çıxış edəcək. Pleymeyker funksiyasını isə Leandro Andrade və ya Filip Ozobiç yerinə yetirə bilər. Hücumun mərkəzində Musa Qurbanlı yer alacaq. Nəticə istənilən kimi olmasa, Qurban Qurbanovun Elvin Cəfərquliyev, Abdulla Zubir, Yassin Benzya, Marko Veşoviç, Marko Yankoviç, Adama Diakabini döyüşə atmaq ehtimalı böyükdü. Nəzərinizə çatdıraq ki, “Kəpəz”lə qarşılaşmada mövsüm ərzində 4-cü sarı vərəqəsini alan Bəhlul Mustafazadə cəzalı olduğuna görə “Sabah”la oyunda meydana çıxa bilməz. Bununla belə, “Qarabağ”ın yuxarıda qeyd etdiyimiz “11-lik”lə “bayquşlar”a uduzacağı real görünmür.

İndi də keçək “Gent”lə qarşılaşmaya. Qurban Qurbanov bu görüşdə bütün kartlarından istifadə edəcək. Ən problemli məqam qapıçı ilə bağlıdı. Ola bilər ki, Luka “Sabah”la matçda özünü yaxşı tərəfdən göstərsin. Məhz bu səbəbdən gürcüstanlı “Gent”lə qarşılaşmada ilk “11-lik”də yer ala bilər. Çox səhv edərsə, Qurban Qurbanov belçikalılarla matçda Amin Ramazanovun xidmətindən yararlanacaq. Müdafiənin solunda Elvin Cəfərquliyev, mərkəzdə Bəhlul Mustafazadə və Bədavi Hüseynov, sağda isə Marko Veşoviç çıxış edəcək. Nəzərinizə çatdıraq ki, Kevin Medina cəzalı olduğuna görə “Gent”lə qarşılaşmalarda meydanda olmayacaq. Yarımmüdafiənin dayağında Qara Qarayev çıxış edəcək. Ondan bir qədər öndə Marko Yankoviç hücumların qurulmasına kömək olacaq. Bunu dəqiq bilirik ki, Zubir sol vinger kimi çıxış edəcək. Sağda isə iki seçim var: ya Ramil Şeydayev, ya da Adama Diakabi. Pleymeyker funksiyasını yerinə yetirmək üçün də 3 futbolçu var: Yassin Benzya, Leandro Andrade və Filip Ozobiç. Çox böyük ehtimalla əlcəzairli yarımmüdafiəçi Qurbanovun əsas seçimi olacaq. Çünki onun zəngin Avropa təcrübəsi var. Hücumda da 3 seçim var: Musa Qurbanlı, Ramil Şeydayev və Redon Cica. Şeydayev sağ vinger kimi çıxış etsə, “Qarabağ”ın yeni “9” nömrəsi əsas forvard olacaq. Çünki bu futbolçular arasında anlaşma əladı. Təsadüfi deyil ki, bu iki futbolçu 21 tur ərzində 30 qol vurub.

Bəli, ağdamlıların hazırda heyət baxımından problemləri var. Amma yuxarıda qeyd etdiyimiz məqamlar nəzərə alınsa, “köhlən atlar” həm “Sabah”ı, həm də “Gent”i məğlub etməyə qadirdi. “Qarabağ” hazırda ən çox qapıçı mövqeyindən əziyyət çəkir. Burda Şahruddin Məhəmmədəliyevi kimin əvəzləyəcəyi sual doğurur. Qalan futbolçulardan isə az qala üç heyət formalaşdırmaq olar.

Əlbəttə, son sözü Qurban Qurbanov deyəcək.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

31-01-2023, 18:0

Qurban Qurbanov: "Gent"lə oyuna tam hazır deyilik"

Yazarlar / Avropa Liqası

18-09-2022, 23:0

“Olimpiakos”dan alınacaq 4 xal qızıla bərabər olacaq - KÖŞƏ

Premyer-liqa / Manşet

12-05-2022, 20:0

"Qarabağ" "Sumqayıt"ı darmadağın etdi

Dünya futbolu

1-02-2023, 13:0

"Gent"dən "Qarabağ"la oyun öncəsi hücumçu transferi

Aktual
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
Son xəbərlər
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    "Sabah"dan minimalhesablı qələbə - YENİLƏNİB
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Dünən, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Dünən, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Dünən, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Dünən, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Dünən, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Dünən, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Dünən, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Dünən, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Dünən, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Dünən, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Dünən, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Dünən, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • 20-07-2026, 23:0
    Doğma klubuna qayıtdı
  • 20-07-2026, 22:0
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 186
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 163
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə