Londonda keçirilən tennis üzrə “Uimbldon” turniri gözlənilməz nəticə ilə bitib.
“Football-plus.az” xəbər verir ki, qadınlar arasında turnirin finalında imkanları daha yüksək qiymətləndirilən tunisli Ons Jaber çexiyalı Marketa Vondrouşovaya uduzub – 4:6, 4:6.
Karyerasında ilk dəfə “Böyük dəbilqə” turnirinin qalibi olan Vondrouşava reytinqdə 10-cu pilləyə yüksəlib. Bundan başqa, Londondakı qələbə ona 3,07 milyon dollar qazandırıb.