"Sabah" "Sankt-Pauli"yə böyük hesabla uduzdu, "Qəbələ" "Orenburq"la heç-heçə etdi - YENİLƏNİB

15.07.2023 19:09 405
Ölkə futbolu
Bu gün "Sabah" və "Qəbələ"nin yoxlama görüşləri keçirilib.

"Football-plus.az" xəbər verir ki, Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” hazırlıq çərçivəsində növbəti sınağına çıxıb. Murad Musayevin komandası Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Sankt-Pauli”ylə qarşılaşıb - 1:4.

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” isə “Orenburq”la qarşılaşıb - 1:1. Qeyd edək ki, Rusiyanın eyniadlı şəhərini təmsil edən “Orenburq” tarixi ərzində müxtəlif liqalarda çıxış edib və 2022-ci ildə Premyer Liqaya qayıdıb. Orenburqlular ötən mövsümü 7-ci yerdə başa vurublar.

Yoxlama oyunu
"Sankt-Pauli" - "Sabah" 4:1

Elias Saad, 17. Dapo Afolayan, 19. Erik Smit, 34. Otto, 85 - Mikels Con-Lens, 57
San Martino in Passiriya. 14.00

Yoxlama oyunu
“Qəbələ” - "Orenburq” (Rusiya) 1:1

Ülvi İsgəndərov, 50 - *.
“Fənərbaxça” Sərkan Acar Topuk Yaylası bazası. 17.00