"Qəbələ" Türkiyəyə yollandı

10.07.2023 20:11 389
Premyer-liqa
“Qəbələ” 2023-24 mövsümünün hazırlığını davam etdirmək üçün Türkiyəyə yollanır.

"Football-plus.az" xəbər verir ki, “qırmızı-qaralar” toplanışın ikinci mərhələsini qardaş ölkədə gerçəkləşdirəcək. Komanda Boluda məskunlaşacaq. Burda üç yoxlama görüşü təşkil olunacaq. Bu qarşılaşmalar ayın 12-də, 15-də və 19-da baş tutacaq. İlk iki qarşılaşmada komanda Moldovanın "Sukleya" və Rusiyanın "Orenburq" klubları ilə üz-üzə gələcək. Sonuncu rəqib yaxın günlərdə dəqiqləşəcək. “Qəbələ” iyulun 20-də vətənə qayıdacaq və Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Omoniya” (Kipr) ilə görüşlərinin hazırlığını ölkəmizdə yekunlaşdıracaq.

Xatırladaq ki, “qırmızı-qaralar” iyunun 24-də Qəbələdə bir araya gələrək hazırlığın ilk mərhələsini doğma stadionda gerçəkləşdirib.