"Qəbələ"nin ilk yoxlama matçının başlanma saatı bəlli oldu

11.01.2023 22:33 286
Premyer-liqa
“Qəbələ” sabah ilk yoxlama oyununu keçirəcək.

Yanvarın 4-dən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “qırmızı-qaralar” ilk sınağına çıxacaq. Mövsümün ikinci yarısının hazırlığı çərçivəsindəki ilik dueldə rəqib Rumıniyanın “Sepsi” klubu olacaq. “Arcadia Sports Senter”də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 16.00-da başlayacaq.