2022/23-cü illər mövsümünün hazırlığını davam etdirən “Qəbələ” bu gün ilk yoxlama oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “qırmızı-qaralar” “Qaziantep”lə qarşılaşıb. Oyun Türkiyə klubunun qələbəsiylə başa çatıb - 2:1. "Qəbələ"nin yeganə qolunu 70-ci dəqiqədə Ülvi İsgəndərov vurub.
Superliqa təmsilçisi ötən mövsüm çempionatı 15-ci pillədə başa vurub.
Qonşu ölkədə 2 matça çıxacaq “Qəbələ” iyulun 12-də Rumıniyanın “Çiksereda” klubu ilə qarşılaşacaq.
Yoxlama oyunu
5 iyul
“Qəbələ” – “Qaziantep” 1:2
Qollar: Ülvi İsgəndərov, 70 - Ciloboci 7, Aleksandru Maksim, 66