"Qəbələ" ilk yoxlama oyununu bu gün keçirəcək

5.07.2022 13:46 431
Ölkə futbolu
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Qəbələ" bu gün ilk yoxlama oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda Türkiyə Super Liqasında çıxış edən “Qaziantep”lə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 17.30-da başlayacaq.

Qeyd edək ki, "Qəbələ" iyulun 12-də Rumıniyanın “Çiksereda” klubu ilə də qarşılaşacaq.