Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Qəbələ" ilk yoxlama oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda Moldova təmsilçisi “Sukleya” ilə üz-üzə gəlib.
“Termal otel”in məşq bazasında baş tutan qarşılaşma Bakı vaxtı ilə saat 17.00-da start götürüb. Təmsilçimiz 4:2 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "qırmızı-qaralar" qonşu ölkədə daha iki görüş keçirəcək. "Qəbələ" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Cənuni Kiprin "Omoniya" kollektivi ilə üz-üzə gələcək.