"Qəbələ"nin növbəti sınağı

14.01.2023 14:15 291
Premyer-liqa
Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” sabah növbəti yoxlama oyununu keçirəcək. “Qırmızı-qaralar” Antalyada təşkil olunan təlim-məşq toplanışında ikinci sınağına çıxacaq.

Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Almaniyanın “Lukenvalde” klubu ilə üz-üzə gələcək. Əsası 1963-cü ildə qoyulan bu komanda Şimal-Şərq regionalliqasında çıxış edir. Rəqib komanda ötən mövsümü 12-ci yerdə başa vurub.

“Göy-sarılar” cari çempionatın 16 turunda 14 xal toplayıb. “Lukenvalde” qış fasiləsinə 18 iştirakçı arasında 15-ci pillədə yollanıb.

Xatırladaq ki, yanvarın 12-də Rumıniyanın “Sepsi” klubu ilə məhsuldar heç-heçə (2:2) edən “Qəbələ” Antalyadakı son görüşündə Çexiya təmsilçisi “Teplitse” ilə qarşılaşacaq. Matç ayın 16-da baş tutacaq.

Yoxlama oyunu

14 yanvar
17.30. “Qəbələ” – “Lukenvalde” (Almaniya)
“Limak Sports Senter”