Görəsən, futbolçunun son durumu necədi? O, komandasının qardaş ölkəyə səfər planında yer alacaq?
“Football-plus.az” olaraq Budaq Nəsirovla əlaqə saxlayıb suallarımıza cavab aradıq:
“Hazırda Bakıda oteldəyəm. Komanda Türkiyəyə yola düşür. Təəssüf ki, mən qardaş ölkədən deportasiya olunduğuma görə gedə bilmədim. Çünki, orda azərbaycanlıların qala bilməsi üçün nəzərdə tutulan vaxt limitini keçmişdim. Klub çalışır ki, məsələni həll etsin. Qadağa aradan qaldırılan kimi Türkiyəyə yollanıb məşqlərə qoşulacam. Hələ ki istirahət edirəm. Sabah Tovuza qayıdacam. Həkimlər 3 gündən sonra məşq etməyimə icazə verəcək. Şükür Allaha, özümü yaxşı hiss edirəm. Böyüdüləcək bir şey yoxdu”.
Xatırladaq ki, Tovuz futbol məktəbinin yetirməsi olan Budaq Nəsirov Lissabon "Sportinq"indən ayrılandan sonra futboldan kənar qaldı. "Turan Tovuz" hələ ötən mövsümün sonunda düşərgəsində yer verdiyi futbolçu ilə bu həftə 3 illik müqavilə bağlayıb.
KƏNAN BAHADIR





