2022/23 “futbol ili”ndə birinci divizionda iddialı olacağı gözlənilən “Araz Naxçıvan” təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yollanıb.
Bu haqda bilgini “qırmızılar”ın baş məşqçisi Azər Bağırovdan aldıq. Çalışdırıcı Football-plus.az saytına açıqlamasında avqustun 16-na kimi qardaş ölkədə olacaqlarını söylədi: “Artıq Ərzurumdayıq və bu gündən məşqlərə start vermişik. Avqustun 8-i, yəni sabah 3-cü liqa təmsilçisi “Amasiyaspor”, 9-u “Erzincanspor”, 12-də “Artvin Hopaspor”, 13-də “Karakoçan”, 14-də “Elazığspor”, 15-də isə “Erbaaspor”la yoxlama görüşündə gücümüzü sınayacağıq. Qardaş ölkədə təşkil olunan təlim-məşq toplanışı avqustun 16-na kimi davam edəcək. Ondan sonra Naxçıvana dönəcəyik və iki günlük istirahətin ardından komanda çempionatın ilk turuna hazırlaşacaq”.
RƏŞAD