Yeni mövsümə hazırlığını Avstriyada keçdiyi toplanışla davam etdirən ''Qalatasaray'' burda ilk yoxlama matçını keçirib.
“Football-plus.az” xəbər verir ki, daha öncə Kocaelidə İngiltərənin aşağı liqa təmsilçisi ''Hall Siti''yə uduzan ''Cim-Bom'' bu dəfə Macarıstan təmsilçisi ''Kişvarda'' ilə qarşılaşıb. Qrats şəhərində keçirilən oyun İstanbul nəhənginin hər hissədə bir qol vuraraq inamlı qələbə qazanması ilə nəticələnib. Qürbətçi fanatların böyük maraq göstərdiyi matçda ''Qalatasaray'' 7-ci dəqiqədə Barış Alpər Yılmazın erkən qolu ilə hesabı açıb. Yekun nəticəni 68-ci dəqiqədə cərimə meydançası kənarından baxımlı qol vuran Saşa Boe müəyyənləşdirib. Son çempion statusunda olan Okan Burukun komandası növbəti oyununu iyulun 14-də Vyana ''Austriya''sına qarşı keçirəcək.
ƏLİ