“Bavariya” yeni sponsor axtarır

12.07.2023 16:10 217
Dünya futbolu
“Bavariya” sponsorlarından birini itirib. Almaniya klubu “Qatar Airways” ilə əməkdaşlığa son qoyub.

"Football-plus.az" xəbər verir ki, tərəflər müddəti iyunun 30-da sona çatan müqaviləni yeniləməmək qərarına gəliblər.

Qətərin milli aviaşirkəti 5 il ərzində Münhen klubunun sponsoru olub və onun loqosu bu müddətdə “Bavariya”nın formalarının qolunda görünüb. Klub rəhbərliyi artıq yeni sponsor axtarışına başlayıb.

Xatırladaq ki, komanda 2022/23 mövsümündə ardıcıl 11-ci dəfə bundesliqanın çempionu olub.