“Bavariya”nı iki futbolçu tərk edib.
"Football-plus.az" xəbər verir ki, Almaniya klubu Joao Kanselo və Deyli Blindlə yolları ayırıb.
“Bavariya” Kanselonu qış “transfer pəncərəsi” dövründə “Mançester Siti”dən icarəyə götürmüşdü. Münhen klubu 70 milyon avroluq satın alma variantını aktivləşdirməyib. Nəticədə müdafiəçi MS-yə qayıdıb.
Blind isə “Bavariya”ya yanvarda azad agent kimi gəlmiş və müddəti mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalamışdı. Almaniya nəhəngi onunla da müqaviləni yeniləməyib.