Erik Çupo-Motinq “Bavariya”nın yeni təklifini qəbul edib. O, klubla müqaviləsini yeniləyib.
"Football-plus.az" xəbər verir ki, 33 yaşlı hücumçu ilə müqavilənin müddəti 2024-cü ilin yayına qədər uzadılıb.
Çupo-Motinq Münhen klubunda 2020-ci ilin oktyabrından oynayır. O, indiyədək “Bavariya”nın formasında 82 matçda meydana çıxıb, 33 qol vurub və 10 məhsuldar ötürmə verib.
Erikin bu mövsüm bundesliqada 16 oyuna 9 qol vurduğunu da xatırladaq.