"Şamaxı"dan ayrılan futbolçu iki ölkədən təklif alıb - AÇIQLAMA

2.07.2023 14:51 698
Premyer-liqa / Manşet
"Şamaxı" ilə müqaviləsinin müddəti başa çatan oyunçulardan biri də Kamal Mirzəyevdi.

Futbolçu hansı kluba keçəcək? Danışıq apardığı komandalar var? "Football-plus.az" saytı olaraq bu sualları aydınlaşdırmaq üçün Kamalla danışdıq:

"Şamaxı"dan rəsmən ayrılmışam. Azad agent statusundayam. Həm ölkə daxilindən, həm də xaricindən təkliflər var. Vaxta hələ var, tələsik qərar vermək istəmirəm. Yenidən legioner həyatı yaşamaq da istəyirəm. Küveyt və Qətərdən təkliflər var. Menecerlərim danışıqlar aparır. Xeyirlisi nədisə, o da olacaq".


ABDULLA İSMAYILOĞLU

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul