Amma indidən onun işinin çətin olacağını söyləyə bilərik. Çünki əsas komandanın baş məşqçisi Vüqar Əsgərli qəzetimizin ötən saylarından birinə verdiyi müsahibədə heyətə əvəzedicilərdən çox sayda futbolçu dəvət olunduğunu söyləmişdi.
Maraqlıdı, belədə “ikincilər”in problemi necə yoluna qoyulacaq? Bu suala cavab tapmaq üçün Zaur İsmayılovla əlaqə saxladıq:
"Belə deyək, komandanın yığışması məlum səbəblərə görə gecikdi. Amma "Şamaxı-2"nin heyəti əsasən U-19 komandamızın, akademiyamızın futbolçulardan ibarətdi. Başqa bəzi uşaqlar da var ki, hazırda baxışdan keçirlər".
Görəsən, İsmayılov "Şamaxı-2"dən yeni mövsümdə necə çıxış gözləyir:
"Hazırda bunu demək çətindi. Çalışacağıq ki, əsas komanda üçün oyunçu hazırlayaq. Məqsədimiz budu".
ŞAİR ABDULLA





