“Qarabağ” Avropadakı azarkeşlərinə müraciət etdi

10.07.2023 12:59 253
Çempionlar Liqası
“Qarabağ” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Linkoln”la (Cəbəllütariq) səfər matçını “Viktoriya” stadionundan izləmək və komandanı dəstəkləmək istəyən azarkeşlərinə müraciət edib.

"Football-plus.az" xəbər verir ki, Ağdam klubu bu oyun üçün ayrılmış biletlərin oyun günü saat 16.30-dan etibarən satışda olacağını açıqlayıb.

Biletin qiyməti 5 funt-sterlinqdir.