"Qarabağ" Avropadakı azarkeşlərinə müraciət etdi

25.07.2022 09:00 1 470
Çempionlar Liqası
"Qarabağ" iyulun 27-i İsveçrədə “Sürix”ə qarşı keçirəcəyi Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşü ilə bağlı fanatlara müraciət edib.

Football-plus.az xəbər verir ki, çağırışda komandanı stadionda dəstəkləmək istəyən fanatlar üçün biletlərin oyun günü satılacağı bildirilib.

“Letsiqrund” stadionunda təşkil olunacaq matçın bileti 25 İsveçrə frankıdı.

Qarşılaşma iyulun 27-də saat 21.00-da start götürəcək.