"Qarabağ"ın səfər oyununun biletləri satışda - Çempionlar Liqası

1.07.2023 15:15 251
Çempionlar Liqası
Cəbəllütariqdə "Linkoln" və "Qarabağ" komandaları arasında keçiriləcək Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunu üçün biletlər satışa çıxarılıb.

"Football-plus.az" klubun rəsmi saytına istinadən xəbər verir ki, bütün tribunalar üçün qiymətlər eynidir. Bir biletin qiyməti 5 funt sterlinqdir.

Qeyd edək ki, iyulun 11-də "Viktoriya" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 19.30-da başlayacaq.