O da Səudiyyə Ərəbistanında işləyəcək

9.07.2023 22:59 243
Dünya futbolu
Slaven Biliç karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

"Football-plus.az" xəbər verir ki, xorvat mütəxəssis “Əl-Fateh”in baş məşqçisi təyin olunub.

Qeyd edək ki, komanda Səudiyyə Ərəbistanı çempionatında ötən mövsümü 6-cı yerdə başa vurub.

54 yaşlı Biliçin sonuncu klubu “Uotford” olub. O, bu komandaya ötən mövsüm başçılıq edib.