O da Səudiyyə Ərəbistanında oynayacaq

3.07.2023 22:30 262
Dünya futbolu
Roberto Firminonun yeni komandası böyük ölçüdə məlum olub.

“Football-plus.az” xəbər verir ki, “Liverpul”dan azad agent kimi ayrılan futbolçu Səudiyyə Ərəbistanında oynayacaq. Braziliyalı hücumçunun “Əl-Əhli” ilə şifahi razılığa gəldiyini məşhur insayder Fabritsio Romano xəbər verib. 31 yaşlı Roberto bu klubla 3 illik müqavilə imzalayacaq. Ancaq əvvəlcə tibbi müayinədən problemsiz keçməlidi.