O da Səudiyyə Ərəbistanına yollandı

29.01.2023 15:50 279
Dünya futbolu
“Barselona”nın sabiq futbolçusu Kristian Telyo özünə yeni komanda tapıb. O, karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

31 yaşlı yarımmüdafiəçi “Əl-Fateh”ə keçib. Klubun mətbuat xidmətinin məlumatında Telyo ilə müqavilənin müddətinin 2024-cü ilin yayına qədər olduğu bildirilib. Əvvəllər “Fiorentina” və “Betis”də də çıxış edən ispaniyalı futbolçunun sonuncu iş yeri “Los Anceles Qalaksi” (ABŞ) olub.