Noyabrın 23-ü Səudiyyə Ərəbistanında qeyri-iş günü elan olunub.
Football-plus.az xəbər verir ki, bu barədə qərarı ölkənin kralı Salman ibn Abdul-Aziz Əl-Səud verib. Onun belə addım atmasına DÇ-2022-nin Argentina ilə oyunundakı 2:1 hesablı qələbə səbəb olub. Favoritlərdən biri üzərində qələbəyə görə dövlət işçiləri, iqtisadiyyatın özəl sektoru, məktəbli və tələbələr üçün istirahət günü verilib.