"Linkoln Red İmps" "Qarabağ" üçün 22 futbolçu sifariş etdi

8.07.2023 11:42 274
Çempionlar Liqası
Cəbəllütariqin "Linkoln Red İmps" klubu Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.

"Football-plus.az" qurumun rəsmi saytına istinadən xəbər verir ki, "cırtdan" ölkə təmsilçisi 22 futbolçu sifariş edib.

Baş məşqçi Xavyer Munyosun siyahıya daxil etdiyi oyunçulardan 3-ü qapıçı, 6-sı müdafiəçi, 8-i yarımmüdafiəçi, 5-i isə hücumçudu

qapıçılar - Deyl Kolinq, İvan Villanueva, Nauset Santana;

müdafiəçilər- Roy Çipolina, Bernardu Lopeş, İtan Britto, İbrahim Ayu, Con Sarcent, Xesus Toskano;

yarımmüdafiəçilər - Xuampe, Qrem Torilya, Cumaney Börnet, Marko Rosa, Mandi, Liam Uoker, Mustafa Yahaya, Samson Acayi;

hücumçular - Santi Luke, Kike Qomes, Nano, Li Kasyaro, Xuan Penya;

Qeyd edək ki, "Qarabağ" "Linkoln Red İmps"ə qarşı ilk matçını iyulun 11-də səfərdə, cavab görüşünü isə iyulun 19-da evdə keçirəcək.