“Qarabağ” iyulun 6-da UEFA-ya sənəd göndərəcək - AÇIQLAMA

4.07.2023 15:57 522
Aktual / Ölkə futbolu
İyulun 11-də “Qarabağ” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllütariqin “Linkoln Red İmps” klubu ilə qarşılaşacaq.

Görüşün keçirilməsinə 7 gün, yəni bir həftə qalıb. Görəsən, Ağdam təmsilçisi iştirak ərizəsini UEFA-ya nə vaxt göndərəcək?

Sualımızı klubun mətbuat xidmətinin əməkdaşı Elvar Quliyevə ünvanladıq. Ağdam təmsilçisinin rəsmisi “Football-plus.az” açıqlamasında bunları söylədi:

“Son gün iyulun 6-dı. Həmin vaxt iştirak ərizəmizi UEFA-ya göndərəcəyik”.


İLKİN SULTANLI