"Football-plus.az" xəbər verir ki, görüşün baş tutmasına 4 gün qalsa da, qarşılaşmanın hansı kanalda yayınlanacağı hələ ki bəlli deyil. Görəsən, matç azərbaycanlı tamaşaçılara nümayiş olunmayacaq? Sualımızı klubun mətbuat xidmətinin əməkdaşı Elvar Quliyevə ünvanladıq. O, məsələyə belə aydınlıq gətirdi:
“Əlbəttə ki, qarşılaşma ölkəmizdə canlı yayınlanacaq.Bununla bağlı “CBC Sport”la razılıq əldə etmişik. Qarşılaşma həmin kanalda canlı yayınlanacaq”.
İLKİN SULTANLI



