"Qarabağ"ın rəqibi uduzdu

29.06.2023 10:48 261
Çempionlar Liqası
"Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Linkoln Red İmps" İspaniya toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Cəbəllüttariq çempionu Şimali İrlandiyanın “Linfild” klubu ilə qarşılaşıb.

Görüş britaniyalıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Qırmızı iblislər" bundan əvvəl yoxlama matçında İraq millisinə 1:2 hesabı ilə uduzub, İspaniyanın aşağı liqa klublarından “Almunesar Siti”yə 5:0 qalib gəlmişdi.

Xatırladaq ki, “Qarabağ” “Linkoln”la ilk oyununu iyulun 11-də səfərdə, cavab oyununu isə iyulun 19-da Bakıda keçirəcək.