39 yaşında meydanı tərk etdi

7.07.2023 19:51 220
Dünya futbolu
Andrey Pyatov futbolçu həyatı ilə bağlı vacib qərar verib. “Şaxtyor”un qapıçısı karyerasını başa vurub.


"Football-plus.az" xəbər verir ki, Donetsk klubunun rəsmi saytının məlumatında 39 yaşlı futbolçu üçün vida matçı təşkil ediləcəyi bildirilib. Ukrayna millisinin sabiq üzvü “Şaxtyor”da 2007-ci ildən çıxış edirdi. O, milli komandada 102, “Şaxtyor”da isə 482 oyun keçirib.