“Şaxtyor” özünə yeni məkan seçdi

16.07.2022 17:33 377
Dünya futbolu
“Şaxtyor” avrokubok oyunları üçün özünə yeni məkan seçib.

Football-plus.az xəbər verir ki, Ukraynanın son çempionu Rusiya ilə müharibə səbəbindən Çempionlar Liqasının qrup mərhələsinin ev oyunlarını Polşanın paytaxtı Varşavada keçirəcək.

Donetsk klubunun rəsmi saytının məlumatında matçların “Legiya”nın stadionunda təşkil olunacağı bildirilib.