Andrey Pyatov beynəlxalq karyerasını başa vurmaq qərarına gəlib.
O, bir daha Ukrayna yığmasında çıxış etməyəcək. Millətlər Liqasında Ermənistanla keçirilən oyun (3:0) onun üçün milli formada sonuncu olub. “Şaxtyor”un 37 yaşlı qapıçısı indiyədək bu formada 102 dəfə meydana çıxıb. Andreyin Ukrayna yığması ilə DÇ-2006, AÇ-2012, AÇ-2016 və AÇ-2020-nin iştirakçısı olduğunu da xatırladaq.