Andrey Pyatov futbolçu həyatı ilə bağlı vacib qərar verib.
"Football-plus.az" xəbər verir ki, “Şaxtyor”un qapıçısı karyerasını başa vurub. Donetsk klubunun rəsmi saytının məlumatında 39 yaşlı futbolçu üçün vida matçı təşkil ediləcəyi bildirilib.
Ukrayna millisinin sabiq üzvü “Şaxtyor”da 2007-ci ildən çıxış edirdi. O, milli komandada 102, “Şaxtyor”da isə 482 oyun keçirib.